Dağıstanda 17 yaşlı yeniyetmə qətliam təşkili səbəbilə saxlanıldı

Dağıstanda 17 yaşlı yeniyetmə qətliam təşkili səbəbilə saxlanıldı
Kateqoriya məlum deyil
T

Rusiyanın Dağıstan Respublikasında 17 yaşlı yeniyetmə məktəblilərə qarşı qətliam hazırlamaqda ittiham olunaraq həbs edilib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb. Qurumların iddiasına görə, saxlanılan şəxs beynəlxalq terror yönümlü onlayn icmaların yaradıcısı və administratoru olub.

Bildirilir ki, onun idarə etdiyi resursların 200 mindən çox istifadəçisi, təxminən 5 min aktiv iştirakçısı olub və həmin platformalarda terror ideologiyası təbliğ edilib. İstintaqın versiyasına əsasən, yeniyetmə radikallaşmış şəxslərə terror aktları və kütləvi qətllərin törədilməsi taktikalarını öyrədib, partlayıcı maddələrin hazırlanması və sui-qəsd üsulları ilə bağlı təlimatlar verib. Rusiya hüquq-mühafizə orqanları onun ölkənin 10 regionunda azı 15 terror xarakterli cinayətin təşkilində iştirak etdiyini iddia edir.

Məlumata görə, həmin işlər üzrə saxlanılan şəxslər müəyyən edilib. Bundan başqa, Rusiya İstintaq Komitəsi və FSB maliyyələşmənin Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini iddia edib. Ukrayna tərəfi isə bu ittihamlarla bağlı hələlik açıqlama verməyib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ