Yaponiyada 5,8 bal gücündə zəlzələ

Yaponiyada güclü zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat yayıb.
5,8 maqnitudalı yeraltı təkanlar iyunun 26-da yerli vaxtla saat 12:46-da (Bakı vaxtı ilə 07:46) qeydə alınıb. Seysmoloqlar bunu orta dərəcəli dağıntılara səbəb ola biləcək güclü zəlzələ kimi qiymətləndirirlər.
Hadisənin episentri Çiba prefekturasındakı Toqane şəhərindən 14 kilometr şimal-şərqdə və Tokiodan bir saatlıq məsafədə yerləşən Narita şəhərindən 26 kilometr cənub-şərqdə olub. Ocağı 56 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Bir gün əvvəl Yaponiyanın şimal-şərqində daha güclü zəlzələ baş vermişdi. Yeraltı təkanların maqnitudası 7,2-yə çatıb. Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Sakit okeanda, İvate prefekturasındakı Kudzi şəhərindən 30 kilometr şərqdə, ocağı isə 50 kilometr dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində azı on nəfər xəsarət alıb./publika
