Rutte Trampa: "Narazılığınızı anlayıram"

Kateqoriya məlum deyil
T
NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinin fəaliyyətindən narazılığını başa düşdüyünü bildirib.
Sfera.az bildirir ki, bu barədə o, Ağ Evdə ABŞ lideri ilə görüşü zamanı danışıb.
“Mən razıyam ki, narazılıq üçün əsaslar var, şübhəsiz”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, söhbət ayrı-ayrı hallardan gedir, lakin ümumilikdə Avropadakı müttəfiqlər Vaşinqton qarşısında götürdükləri öhdəlikləri yerinə yetiriblər.
Bundan əvvəl Mark Rutte NATO üzvü olan ölkələrin ABŞ-nin İrana qarşı kampaniyasına dəstək vermək istəməməsi ilə bağlı Donald Trampın narazılığını yumşaltmağa çalışıb. Bunun üçün o, təriflərdən və müxtəlif diaqramlardan istifadə edib.
Əzizə
Sfera.az
