Hörmüz düyünü çözülmür - Tramp danışıqları dayandıra bilər

Kateqoriya məlum deyil
T
Hörmüz boğazında keçən gəmilərdən əlavə rüsumlar alınarsa İranla danışıqlar dərhal dayandırılacaq.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
"Əgər bu doğrudursa, danışıqlar dərhal dayandırılacaq", - o qeyd edib.
Tramp həmçinin bildirib ki, Vaşinqton İrana vəsait köçürməyib və onun dondurulmuş aktivlərini açmayıb.
Eyni zamanda, o, ABŞ-nin nəzarəti altında olan İran vəsaitlərinin bir hissəsini İslam Respublikası üçün Amerika fermerlərindən və kənd təsərrüfatı istehsalçılarından ərzaq almağa yönəltmək istədiklərini deyib.
Firuzə Əliyeva
