Litva hökuməti istefa verdi

Litva hökuməti istefa verdi
Kateqoriya məlum deyil
T

Litvada Baş nazir İnga Ruginene başda olmaqla Nazirlər Kabineti istefa verdiyini elan edib.

Sfera.az bildirir ki, bu barədə qərar hökumət üzvlərinin ümumi razılığı ilə kabinetin iclasında qəbul olunub.

İclasda çıxış edən Baş nazir çətinliklərə baxmayaraq mühüm işlərə imza atdıqlarını vurğulayıb: "Bütün çətinliklərə rəğmən, dövlətin və xalqın rifahı naminə gördüyümüz işlərlə fəxr edə bilərik. Bu gün isə istefa barədə qərar qəbul edirik".

Baş nazir və bütövlükdə hökumət hakim koalisiyadakı dəyişikliklər səbəbindən istefa vermək məcburiyyətində qalıb. Koalisiyanın yenidən formalaşdırılması məsələsi Litva Sosial-Demokrat Partiyasının iyunun əvvəlində "Neman üzərində şəfəq" partiyasını populist siyasətdə ittiham edərək onunla əməkdaşlığı dayandırmasından sonra gündəmə gəlib.

Koalisiyanın yeni tərəfdaşı "Litva naminə demokratlar" partiyası olub. Bu dəyişikliklər çərçivəsində hökumətin tərkibini tamamilə yeniləmək (yenidən yükləmək) qərara alınıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ