İsrail orduya Livanda atəşi dayandırmağı əmr etdi

İsrail orduya Livanda atəşi dayandırmağı əmr etdi
Kateqoriya məlum deyil
T

Livanda şiə təşkilatı Hizbullaha qarşı əməliyyat keçirən İsrail qoşunları atəşi dayandırmaq əmri alıb.

Sfera.az xəbər verir ki, bu barədə "N12" televiziya kanalı məlumat verib.

Bildirilir ki, bu əmr İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz tərəfindən verilib və əmr yerindəki ordu bölmələrinə çatdırılıb. Eyni zamanda, bu əmrə əsasən, İsrail ordusu Livanın cənubundakı mövqelərini "Sarı Xətt" boyunca saxlamağa davam edəcək.

"N12" qeyd edir ki, bu qərar İsrail hakimiyyəti tərəfindən ABŞ ilə koordinasiyadan sonra verilib.

PAYLAŞ