Medvedev: İran “nüvə silahı”ndan istifadə edəcək

Kateqoriya məlum deyil
T
“İsrailin Livana yeni hava zərbələri kövrək İran-ABŞ razılaşmasını asanlıqla poza bilər”.
Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“İran və ABŞ arasındakı qeyri-sabit razılaşma Livana yeni zərbələr və ya digər təxribatlarla asanlıqla pozula bilər. Müharibəyə əsaslanan Netanyahu kabinetinin ehtiyac duyduğu şey məhz budur”, - Medvedev vurğulayıb.
Rusiya rəsmisi İranın Hörmüz boğazından silah kimi istifadə etdiyini də bildirib:
“Sülh gözləmək ehtiyatsızlıq olar, Hörmüz boğazı isə artıq faktiki olaraq İran üçün “nüvə silahı”na çevrilib. Bu barədə hələ aprelin 8-də yazmışdım. Ondan istifadə ediləcək”./Teleqraf
