Moskva yenə PUA hücumuna məruz qaldı

Moskva yenə PUA hücumuna məruz qaldı
Kateqoriya məlum deyil
T

Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.

Sfera.az xəbər verir ki, Rusiya mediasının məlumatına görə, paytaxt meri Sergey Sobyanin şəhərə yaxınlaşan 16 dronun vurulduğunu açıqlayıb.

Qeyd edək ki, ötən gün Moskva şəhəri və Moskva vilayəti Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.

Moskva Neft Emalı Zavodu və "Sadovod" ticarət mərkəzinə ziyan dəyib. Moskva vilayətində iki uşaq daxil olmaqla 16 nəfər xəsarət alıb./APA

PAYLAŞ