ABŞ-də DƏHŞƏTLİ QƏZA: Nüvə nəhəngi yerə çırpıldı, ölənlər var

ABŞ-də DƏHŞƏTLİ QƏZA: Nüvə nəhəngi yerə çırpıldı, ölənlər var
Kateqoriya məlum deyil
T

ABŞ-nin Kaliforniya ştatının cənubundakı hərbi hava bazasında "B-52 Stratofortress" tipli strateji bombardmançı təyyarə qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Məlumata görə, göyərtədə olan 8 heyət üzvünün hamısı həlak olub.

Qəza bazar ertəsi səhər saatlarında, Mohave səhrasında yerləşən "Edvards" hərbi hava bazasında planlı sınaq uçuşu zamanı baş verib.

Havadan çəkilmiş görüntülər təyyarənin yerə çırpıldığı və uçuş-enmə zolağının yaxınlığındakı böyük bir ərazinin yandığını nümayiş etdirir.

Hərbi bazanın rəsmi "Facebook" səhifəsində verilən ilkin məlumatda qəzadan sağ çıxanın olmadığı təsdiqlənib.

Aviasiya təhlükəsizliyi üzrə ekspert Ceff Quzetti təyyarənin havaya qalxdıqdan dərhal sonra düşməsini nəzərə alaraq, idarəetmə sistemində ciddi nasazlığın və ya mühərrik dayanmasının baş verə biləcəyini ehtimal edir. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.

Qeyd edək ki, uzaq mənzilli strateji bombardmançı təyyarə olan "Boeing B-52 Stratofortress" ABŞ nüvə triadasının mühüm tərkib hissəsidir. ABŞ ordusunun arsenalında olan 76 ədəd B-52 təyyarəsinin modernləşdirilərək 2050-ci ilə qədər xidmətdə saxlanılması planlaşdırılır./musavat

PAYLAŞ