İsrail ordusu Livan, Suriya və Qəzzanı tərk etməyəcək

İsrail ordusu Livan, Suriya və Qəzzanı tərk etməyəcək
Kateqoriya məlum deyil
T

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarını tərk etməyəcək.

Sfera.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats açıqlama verib.

Nazirin sözlərinə görə, bu qərar ölkənin sərhədlərinin və yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.

“Baş nazir Benyamin Netanyahu ilə birlikdə aydın siyasət yürüdürük. Bu siyasətə əsasən, SAXAL Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarında qeyri-müəyyən müddətə qalacaq. Məqsəd sərhədləri və İsrail yaşayış məntəqələrini radikal silahlı qruplaşmalardan qorumaqdır”, – deyə Kats bildirib.

O qeyd edib ki, İsrail rəhbərliyinin bu mövqeyi ABŞ Prezidenti Donald Tramp, ABŞ müdafiə naziri Pit Heqset və digər amerikalı rəsmilərin diqqətinə çatdırılıb.

Qeyd edək ki, daha əvvəl Heqset bildirib ki, İsrailin Beyruta endirdiyi və “Hizbullah” hədəflərini vurduğu zərbələr ABŞ və İran arasında əldə olunan razılaşmaya mane olmayacaq.

İnci

Sfera.az

PAYLAŞ