ABŞ və İran müharibəni dayandırır: sazişin tarixi və detalları açıqlanıb

ABŞ və İran müharibəni dayandırır: sazişin tarixi və detalları açıqlanıb
Kateqoriya məlum deyil
T

ABŞ və İran arasında razılıq əldə olunub, sənədin rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.

Sfera.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.

Onun sözlərinə görə, tərəflər bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi dayandırılması barədə razılığa gəliblər.

ABŞ Prezidenti Donald Tramp daha sonra sosial şəbəkədə paylaşım edərək İranla sazişin əldə olunduğunu təsdiqləyib və Hörmüz boğazı ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

“Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın”, – deyə o yazıb.

Rusiya KİV-lərinin yaydığı məlumata görə, razılaşmanın detalları da açıqlanıb. Bildirilir ki, Vaşinqton aşağıdakı öhdəlikləri götürür:

İranın dondurulmuş 24 milyard dollarlıq aktivlərini azad etmək;

Bu vəsaitin yarısını saziş imzalanana qədər qaytarmaq;

Neft sanksiyalarını ləğv etmək və yeni məhdudiyyətlər tətbiq etməmək;

Yaxın Şərqdə əlavə qüvvələr yerləşdirməmək;

Müttəfiqlərlə birlikdə İran iqtisadiyyatının bərpasına yönəlmiş ən azı 300 milyard dollarlıq layihə hazırlamaq.

İran isə öz növbəsində:

Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiqliyini təsdiqləyir;

Nüvə silahı yaratmamaq öhdəliyi götürür;

Raket proqramının ABŞ-lə danışıqların gündəliyindən çıxarılmasına nail olur.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət ABŞ Prezidenti Donald Trampın Tehranı danışıqları uzatmaqda ittiham etməsindən sonra yenidən gərginləşmişdi. Gərginliyin əsas səbəblərindən biri Hörmüz boğazı yaxınlığında ABŞ hərbi helikopterinin qəzaya uğraması olmuşdu. Daha sonra ABŞ İran ərazisinə “Tomahawk” qanadlı raketləri ilə zərbələr endirmiş, Tehran isə cavab olaraq bölgədəki Amerika hərbi bazalarını hədəfə almış və Hörmüz boğazını tanker və ticarət gəmiləri üçün bağlamışdı.

İnci

Sfera.az

PAYLAŞ