Sabiq prezidentə 30 il cəza verildi

Kateqoriya məlum deyil
T
Seul məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yolu Şimali Koreya ərazisinə pilotsuz uçuş aparatları göndərilməsi işi üzrə 30 il müddətinə azadlıqdan məhrum edib.
Sfera.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, Yun Sok Yol silahlı pilotsuz uçuş aparatlarının Pxenyanın hava məkanına göndərilməsi ilə bağlı göstəriş verib.
İttiham tərəfi hesab edir ki, bu addım 2024-cü ildə ölkədə hərbi vəziyyət elan etmək üçün bəhanə yaratmaq məqsədi daşıyıb.
Hazırda işlə bağlı araşdırmalar davam edir və məhkəmə qərarı ölkə ictimaiyyətində geniş rezonans doğurub.
İnci
Sfera.az
