Zelenskinin ofisindən etiraf: Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

Zelenskinin ofisindən etiraf: Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi Ukrayna ilə bağlı əvvəlki danışıqlar formatının faktiki olaraq fəaliyyətini dayandırdığını etiraf edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Ukrainska Pravda" nəşri məlumat yayıb.

 

Nəşrin mənbəsinin sözlərinə görə, əvvəlki danışıqlar prosesi artıq irəliləmir.

 

"Məlum olan faktı etiraf etməliyik: əvvəlki danışıqlar prosesi faktiki olaraq ölüdür. O, dayanıb və heç bir istiqamətdə inkişaf etmir",– deyə mənbə bildirib.

 

Məlumata görə, Ukrayna tərəfi ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşnerlə əlaqələri dayandırıb.

 

Xatırladaq ki, Rusiya Prezidentinin investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daha əvvəl Rusiya nümayəndələri ilə Stiv Uitkoff və Cared Kuşner arasında iyun ayından etibarən müntəzəm görüşlərin keçiriləcəyini açıqlamışdı.

 

Dmitriyevin sözlərinə görə, hazırda Kiyev Ukrayna münaqişəsinin həlli ilə bağlı təqdim olunan "realist həll variantını" qəbul edərək Rusiya ilə qarşıdurmaya son qoya bilər.

 

İnci

Sfera.az

PAYLAŞ