Rusiyada azərbaycanlı "qanuni oğru" saxlanıldı

Rusiyada azərbaycanlı "qanuni oğru" saxlanıldı
Kateqoriya məlum deyil
T


Rusiyanın hüquq-mühafizə orqanları Sankt-Peterburqda azərbaycanlı “qanuni oğru” kimi tanınan Yusif Əliyevi saxlayıb.


Sfera.az xəbər verir ki, 54 yaşlı Əliyev 2008-ci ildən beynəlxalq axtarışda olub və bir sıra ağır cinayətlərdə, o cümlədən qətllərdə ittiham edilir. O, iyunun 9-da şəhərin Makarov sahilində yerləşən evlərdən birində tutulub.


Bildirilir ki, Əliyev cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda da təqsirləndirilir və bu ittiham üzrə onu 15 ilədək həbs cəzası gözləyə bilər.

PAYLAŞ