İsrail və Livan arasında 4-cü raund danışıqlar keçirildi

İsrail və Livan arasında 4-cü raund danışıqlar keçirildi
Kateqoriya məlum deyil
T

İsrail və Livan nümayəndə heyətləri arasında birbaşa danışıqların dördüncü mərhələsi baş tutub. Görüşə ABŞ Dövlət Departamenti ev sahibliyi edib.


Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott (Tommy Pigott) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.


Sözçü qeyd edib ki, hər iki ölkənin nümayəndə heyətləri çərşənbə axşamı rəsmi Vaşinqtonda bir araya gəliblər.


Müzakirələrdə müəyyən irəliləyişlərin olduğunu vurğulayan Piqott bildirib:


"Son 20 ilin uğursuzluqlarını geridə qoyaraq, Livanın suverenliyini yenidən bərpa etməyi və İsrailin təhlükəsizliyini təmin etməyi hədəfləyən hərtərəfli razılaşmaya doğru irəliləyirik. Siyasi və təhlükəsizlik sahələrindəki proseslər müsbət məcrada davam edir".


ABŞ-nin bu tarixi danışıqlarda vasitəçilik missiyasına sadiq olduğunu xatırladan Dövlət Departamenti rəsmisi, növbəti raundun çərşənbə günü keçiriləcəyini diqqətə çatdırıb.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ