Türk ailənin həyətinə meteorit düşdü –Dəyəri 400 min avrodur

Türk ailənin həyətinə meteorit düşdü –Dəyəri 400 min avrodur
Kateqoriya məlum deyil
T

Almaniyada yaşayan türk əsilli Mahmut Şahinin evinin həyətinə meteorit parçasının düşdüyü bildirilir.

 

Sfera.az xəbər verir ki, hadisədən sonra aparılan ilkin araşdırmalar zamanı daşın meteorit mənşəli olduğu müəyyən edilib.

 

Mütəxəssislər tapıntının dəyərinin təxminən 400 min avro olduğunu açıqlayıblar.

 

Qısa müddətdə böyük marağa səbəb olan meteorit həm elm adamlarının, həm də kolleksiyaçıların diqqətini cəlb edib. Hazırda daşın tərkibi və mənşəyi ilə bağlı daha geniş ekspertizaların aparıldığı bildirilir.

 

Qeyd edək ki, meteoritlərin nadir növləri beynəlxalq bazarda yüksək qiymətlərlə satılır və elmi baxımdan da böyük əhəmiyyət daşıyır.\azxeber.com

 

PAYLAŞ