Paşinyan Moskvadakı parada getməyəcək

Paşinyan Moskvadakı parada getməyəcək
Kateqoriya məlum deyil
T

Ermənistan Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcək.

 

Sfera.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyan hökumətin iclasında açıqlayıb. 

 

O bildirib ki, seçkiqabağı kampaniya səbəbindən parada qatılmayacaq.

 

Paşinyan həmçinin əlavə edib ki, aprelin 1-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı onu bu barədə məlumatlandırıb.

 

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

PAYLAŞ