Mağazalarda satılan körpə qidasında siçovul zəhəri aşkarlandı

Mağazalarda satılan körpə qidasında siçovul zəhəri aşkarlandı
Kateqoriya məlum deyil
T

Supermarketlərdə satılan bəzi “HiPP” körpə qidalarında siçovul zəhəri tapıldıqdan sonra Avstriyada genişmiqyaslı geri çağırış başladılıb. Polis məhsulların xaricdən dəyişdirilmiş olma ehtimalını araşdırır, səlahiyyətlilər məhsulların qəti şəkildə istehlak edilməməsi barədə təcili xəbərdarlıq ediblər.


Sfera.az bildirir ki, Avstriya polisi ölkədə 1000-dən çox SPAR supermarketində satılan HiPP markalı körpə qarışığında ciddi təhlükəsizlik riski aşkarlandığını açıqlayıb. Araşdırmalar müştərinin məlumatından sonra başlanıb. Yoxlanılan 190 qramlıq "yerkökü və kartof" tərkibli uşaq qidası bankalarından birində siçovul zəhərinin tapıldığı bildirilir. 

 

Brend isə “təxribat" ehtimalını nəzərdən keçirir.

 

Burgenland bölgəsində aparılan araşdırmalar, sözügedən körpə qidasının ciddi sağlamlıq riski yaratdığı və istehlak edildikdə həyati təhlükə yarada biləcəyini göstərib. Səlahiyyətlilər, şübhəli bankaların üzərində qırmızı dairələr olan etiketlərin olduğunu və bəzi məhsulların qapaq zədələnməsi, açılma əlamətləri, təhlükəsizlik möhürlərinin olmaması və qeyri-adi qoxu əlamətləri olduğunu bildirdilər.

 

“HiPP” məhsullara xarici müdaxilə ehtimalının istisna edilmədiyini açıqlayıb. Şirkət təxribat və ya qəsdən müdaxilə ehtimalını nəzərdən keçirsə də, istehsal prosesində belə bir risk olmadığını iddia edir.
Eyni zəhərli maddə Çexiya və Slovakiyada da tapılıb.

 

İstintaq çərçivəsində Çexiya və Slovakiyada da müsadirə edilmiş oxşar məhsulların ilkin təhlilləri zamanı zəhərli maddələrin izləri aşkar edilib. Almaniyadakı araşdırmalardan sonra Avstriya hakimiyyəti də vəziyyətlə bağlı məlumatlandırılıb.

 

“SPAR” rəsmiləri geri çağırılmanın sırf profilaktik tədbir olduğunu və Avstriyada yalnız təxminən 1500 mağazaya təsir etdiyini açıqlayıblar. “SPAR” və “HiPP” istehlakçıları əllərində olan məhsulları istehlak etməmələri barədə xəbərdar edib və geri qaytarılan məhsullar üçün geri ödəmələrin ediləcəyini bildiriblər.

PAYLAŞ