Bağdadın mərkəzində tanınmış ABŞ jurnalisti qaçırıldı

Bağdadın mərkəzində tanınmış ABŞ jurnalisti qaçırıldı
Kateqoriya məlum deyil
T

Amerikalı jurnalist Şelli Kittleson İraqın Bağdad şəhərində qaçırılıb. Qaçırılmanın arxasında İranyönlü “Kataib Hizbullah” qruplaşmasının durduğu güman edilir.


Sfera.az bildirir ki, ABŞ rəsmisinin sözlərinə görə, hökumət jurnalistin qaçırılmasını yaxından izləyir və onun azad edilməsi üçün iraqlılarla birgə əməkdaşlıq edir. Şellinin harada olduğu məlum deyil. Onun qaçırılmasını təşkil edənlərin kimliyi barədə rəsmi açıqlama verilməyib, lakin mənbələr bildiriblər ki, jurnalistə “Kataib Hizbullah” qruplaşması tərəfindən təhdidlər edilib.

 

ABŞ Dövlət Katibinin köməkçisi Dilan Conson bildirib ki, İraq hakimiyyəti artıq İranpərəst “Kataib Hizbullah” qrupu ilə əlaqəli və qaçırılmada iştirak etdiyi güman edilən bir kişini saxlayıb.

 

Qeyd edək ki, “Kataib Hizbullah” amerikalılara qarşı dəfələrlə hücumlar həyata keçirən İran tərəfindən dəstəklənən militant qrupdur. Şelli Kitlson Yaxın Şərq və Əfqanıstan üzrə ixtisaslaşmış jurnalistdir: onun məqalələri beynəlxalq, ABŞ və İtaliya mediasında dərc olunub.

 

Bir mənbəyə görə, ABŞ hökuməti bu yaxınlarda Kitlsonu “Kataib Hizbullah”ın onu qaçırmaq və ya öldürmək planı barədə xəbərdar edib. Xəbərdarlıq o, artıq İraqda olarkən edilib.

 

Başqa bir mənbə bildirib ki, Amerika və İraq rəsmiləri Kitlsona qarşı İran nümayəndəsinin təhdidlərini, o cümlədən qaçırma və ya sui-qəsd ehtimallarını izləyib və son həftələrdə ona dəfələrlə ölkəni tərk etməsi barədə xəbərdarlıq ediblər.


İraq Daxili İşlər Nazirliyi də çərşənbə axşamı naməlum hücumçuların Bağdadın mərkəzində xarici jurnalisti qaçırdığını bildirib.

 

Fevralın sonlarında İranla münaqişənin başlamasından bəri, ABŞ-ın İraqdakı səfirliyi İranın dəstəklədiyi yaraqlıların qaçırma cəhdlərindən ehtiyat edərək ABŞ vətəndaşlarına dəfələrlə ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.

Aynil

Sfera.az

PAYLAŞ