Netanyahunun əfv müraciəti Prezidentə təqdim edildi

İsrailin Baş naziri Benyamin Netanyahunun əfv müraciəti ilə bağlı rəy ölkə prezidenti İsxaq Hersoqa təqdim edilib.
Sfera.az bu barədə İsrail mediasına istinadən xəbər verir. Məlumata görə, ədliyyə naziri səlahiyyətlərini bu məsələ üzrə icra edən Amiçai Eliyahu martın 24-də səhər saatlarında Ədliyyə Nazirliyinin əfv məsələləri üzrə şöbəsinin yekun rəyi və əlavə sənədlərlə birlikdə öz mövqeyini prezidentə təqdim edib. Bütün materiallar qanunvericiliyə uyğun olaraq Prezident Administrasiyasının hüquq müşaviri, vəkil Mişal Tsuka baxılması üçün göndərilib. Hüquq müşaviri sənədləri araşdırdıqdan sonra bu məsələ ilə bağlı tövsiyələrini dövlət başçısına təqdim edəcək.
Prezident Aparatından bildirilib ki, hüquqi baxış və zəruri dəqiqləşdirmələr tamamlandıqdan sonra bütün materiallar yekun qərar üçün prezidentə təqdim olunacaq. Qeyd edilib ki, istənilən tərəfdən prezidentin qərarına təsir göstərmək cəhdləri nəticəyə təsir etməyəcək. Vurğulanıb ki, prezident qərar qəbul edərkən yalnız qanunlara, şəxsi vicdanına və dövlətin maraqlarına əsaslanacaq.
Firuzə Əliyeva
Sfera.az
