Hörmüz boğazında təhlükə: İran qlobal interneti çökdürə bilər?

Hörmüz boğazında təhlükə: İran qlobal interneti çökdürə bilər?
Kateqoriya məlum deyil
T

ABŞ-İsrail və İran arasında gərginliyin üçüncü həftəyə keçməsi fonunda qlobal internet infrastrukturu üçün ciddi risklər yaranıb. 

 

Sfera.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

 

Məlumata görə, xüsusilə strateji əhəmiyyət daşıyan Hörmüz boğazının bloklanması ehtimalı dünya üzrə rəqəmsal əlaqələrə təsir göstərə bilər.

 

Məlumata əsasən, qlobal internet trafikinin böyük hissəsini daşıyan sualtı kabel xətləri məhz bu cür kritik boğazlardan keçir. Bu baxımdan iki əsas bölgə xüsusi risk altındadır:

 

Qırmızı dəniz – Avropa, Asiya və Afrikanı birləşdirən 17 kabel xətti burada yerləşir

 


Hörmüz boğazı – AAE-1, FALCON, Gulf Bridge və Tata-TGN Gulf kimi əsas xətlər bu ərazidən keçir və xüsusilə Hindistanın beynəlxalq bağlantılarını təmin edir

 

Hərbi toqquşmalar zamanı bu kabellərə zərər dəyərsə və ya mina təhlükəsi səbəbindən təmir işləri mümkün olmazsa, qlobal internetdə ciddi fasilələr yarana bilər.

 

Belə bir ssenari yalnız internet istifadəçilərinə deyil, həm də bank sistemlərinə, xəstəxanalara, fond bazarlarına və süni intellekt infrastrukturlarına birbaşa təsir göstərə bilər.

 

Xatırladaq ki, 2024-cü ildə Yəməndə fəaliyyət göstərən husilərin hücumları nəticəsində Asiya və Afrikanın bəzi hissələrində internet sürətində ciddi azalmalar qeydə alınmışdı.

 

Mütəxəssislər xəbərdarlıq edir ki, eyni anda həm Hörmüz boğazı, həm də Bab əl-Məndəb bölgəsində kabel xətlərinin zədələnməsi qlobal miqyasda rəqəmsal xaosa səbəb ola bilər.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ