İsrail İranda bunun dəyişməsini istəyir - AÇIQLAMA

İsrail İranda bunun dəyişməsini istəyir - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsində maraqlı paylaşım edib. O paylaşımında qeyd edib ki, İrana qarşı hələ xeyli sürpriz var.


"Müharibəni hiylə ilə aparacağıq. Biz burada bütün hiylələri açıqlamayacağıq, ancaq çox plan var", - deyə Netanyahu  bildirilib. 


Bundan sonra İranı hansı sürprizlər gözləyir? Kimlər və hansı obyektlər hədəfə çevrilə bilər?

 

Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İsrail İranda əməliyyatlara başlayanda elə ilk dönəmdən də bəyan etmişdik ki, onların əsas hədəfi rejimin dəyişiminə nail olmaqdır:

 

“Bunun üçün rejimin əsas qərarverici şəxslərini ortadan götürmək onların əsas vəzifələrindən biri olacaq. Görürük ki, bu istiqamətdə də konkret addımlar atılır. Rejimin başçısı Əli Xameneyinin aradan götürülməsi, hərbi elitanın əhəmiyyətli hissəsinin aradan qaldırılması və son günlər isə Laricaninin, o cümlədən kəşfiyyat nazirinin aradan götürülməsi də məhz bu məqsədlərdən, hədəflərdən hesab olunur. Son günlər İsrail İranın daxilində neft terminallarını, o cümlədən qaz yataqlarını da hədəfə alıb. Bunlar da həmin məqsədə xidmət edir”. 

 

 

Politoloq əlavə edib ki, bundan başqa ardıcıl şəkildə rejimin əsas gücü olan SEPAH və "Bəsic" qüvvələrinin obyektlərinə zərbələr endiriləcək və İranın əsas siyasi və hərbi rəhbərliyi hədəfə götürüləcək:

 

“Yəni düşünürəm ki, sürprizlər əsasən bundan ibarətdir. Belə ki, İsrailin əsas məqsədi rejimi tam şəkildə başsızlaşdırmaq, lidersizləşdirmək və İranda xaotik durum yaratmaqla etirazların baş verməsinə nail olmaq və hakimiyyəti məhz daxildəki etirazlar vasitəsilə yatırtmaqdır. Hər halda bizim görüdüyümüz və bilmədiyimiz hansısa digər planların olması da mümkündür”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ