Bu qadın indiyədək SSRİ pasportu ilə yaşayırmış

Bu qadın indiyədək SSRİ pasportu ilə yaşayırmış
Kateqoriya məlum deyil
T

Özbəkistanda, Səmərqənd vilayətinin Koşrabad rayonunda yaşayan Onarxol Kubayeva indiyədək SSRİ pasportu ilə yaşasa da, nəhayət Özbəkistanın ID-kartını alıb.

 

Sfera.az Bizim Media.az-a istinadən xəbər verir ki, Kubayeva 1972-ci ildə Nuratada anadan olub.

 

Onun sözlərinə görə, ailə problemləri səbəbindən uzun illər pasportunu dəyişə bilməyib.

 

Martın 14-də yerli hakimiyyət orqanları qadına ilk Özbəkistan şəxsiyyət vəsiqəsini rəsmiləşdirməkdə kömək edib.

 

Beləliklə, Kubayeva rəsmi şəkildə müstəqil Özbəkistanın vətəndaşı olub və artıq ölkənin ID-kartını daşıyacaq.

PAYLAŞ