ABŞ-ı hədəf alan beşinci hadisə

Bu gün furqonlu mikroavtobus sürücüsü Ağ Evin qapılarına çırpılıb.
Sfera.az bildirir ki, sürücü həbs edilib və hazırda ABŞ Gizli Xidməti tərəfindən dindirilir. ABŞ prezident iqamətgahının yaxınlığındakı küçələr bağlanıb.
Vaşinqton polisinin məlumatına görə, heç kim xəsarət almayıb. Bu hadisə Donald Trampın 28 fevralda İrana qarşı müharibəyə başlamasından bəri ABŞ-a hücum dalğası fonunda baş verib.
7 martda iki şübhəli İŞİD terrorçusu Nyu-York meri Mamdaninin iqamətgahının qarşısında etirazçılara partlayıcı qurğular atıb.
ABŞ-ın İrana ilk hücumlarından bir gün sonra, islamçı yaraqlı Ostin şəhərindəki bir barda atəş açaraq üç nəfəri öldürüb, 15 nəfəri yaralayıb.
Sərhədin o tayında, Kanadada isə ötən gün iki silahlı şəxs Torontodakı ABŞ Konsulluğuna atəş açıb.
Atışma binaya ziyan vurub, lakin heç kim xəsarət almayıb.
Toronto Polis Rəisinin müavini Frank Barretto bildirib ki, hakimiyyət orqanları silah qalıqları, işlənmiş gilizlər və binaya dəyən atəş izləri tapıblar.
Şahidlər iki kişinin konsulluğun qarşısında tapançaya bənzər bir şeylə atəş açdığını və sonra ağ “Honda” ilə qaçdığını bildiriblər. Polis daha sonra nəqliyyat vasitəsinin kamera görüntüsünü yayımlayıb.
ABŞ və İsrail İrana qarşı müharibəni gücləndirməyə davam etdikcə, dünyanın hər yerindəki Amerika səfirlikləri və konsulluqları təhlükəsizlik tədbirlərini gücləndirib və işçilərini geri çağırıblar.
Torontoda atışma Norveçin Oslo şəhərindəki ABŞ səfirliyinin yaxınlığında baş verən partlayışdan bir neçə gün sonra baş verib.
Aynil
