Cənubi Koreya neft ehtiyatları ilə bağlı müzakirəyə qoşuldu

Cənubi Koreya neft ehtiyatları ilə bağlı müzakirəyə qoşuldu
Kateqoriya məlum deyil
T

Cənubi Koreya strateji neft ehtiyatlarının bazara buraxılması ilə bağlı aparılan beynəlxalq müzakirələrdə iştirak edir.

 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Sənaye Nazirliyinin sözçüsü məlumat verib. Sözçünün sözlərinə görə, məsələ Beynəlxalq Enerji Agentliyi (IEA) rəhbərliyi ilə aparılan məsləhətləşmələr çərçivəsində müzakirə olunur.

 

Lakin Cənubi Koreyanın bu təşəbbüslə bağlı hansı mövqe tutacağı hələlik müəyyən edilməyib. Məlumata görə, ölkə hökuməti hazırda vəziyyəti qiymətləndirir və yekun qərarın daha sonra açıqlanacağı bildirilib.

 

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi üzv ölkələrə qlobal enerji bazarında yaranmış gərginlik fonunda xam neft qiymətlərinin artmasının qarşısını almaq üçün strateji neft ehtiyatlarının bazara buraxılmasını təklif edib.

 

“The Wall Street Journal” qəzetinin məlumatına görə, söhbət təşkilatın tarixində ən böyük həcmdə neft ehtiyatlarının bazara çıxarılması təşəbbüsündən gedir. Bu addımın məqsədi enerji bazarında qiymət sabitliyini qorumaqdır.

 

Bəsti Rəfizadə

Sfera.az

 

PAYLAŞ