İsrail Xameneinin yeraltı bunkerinə ikinci dəfə zərbə endirib

İdlib Müdafiə Qüvvələri (İDF) 28 fevralda, müharibənin ilk günündə öldürülən İran lideri Əli Xameneinin yeraltı bunkerinə hücum edib.
Sfera.az xəbər verir ki, İsraillilər tərəfindən yayımlanan videoda Tehranda hökumət məhəlləsini bürüyən bir sıra partlayışlar göstərilir.
İDF niyə bunkerə yenidən zərbə endirdi və hansı qüvvədən istifadə edib?
İDF-nin açıqlamasına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Xameneinin bunkerində komandanlıq mərkəzi yaradıb və əvvəlki zərbələrdən sonra da orada toplaşmağa davam ediblər. Hərbçilər zərbədə əlli bombardmançı təyyarənin iştirak etdiyini açıqlayıblar.
İDF tərəfindən yayımlanan videoda yeraltı beton konstruksiyaya dəyən zərbələrin görüntüləri göstərilir. Əvvəlcə bir neçə zərbə, ardınca isə tüstü buludları görünür. Daha sonra bir sıra partlayışlar baş verir və alov buludları demək olar ki, bütün məhəlləni bürüyür. "Jerusalem Post" mediası İsrail rəsmilərinə istinadən 8200 və 9900 saylı bölmələrin kəşfiyyat zabitlərinin xüsusi əməliyyatda iştirak etdiyini, zərbə yerindəki vəziyyəti izlədiyini və Xameneinin bunkerinin dəqiq yerini müəyyən etdiyini bildirib. Bundan əlavə, hava hücumu zamanı 100 sursatın istifadə edildiyi məlum olub.
Aynil
