Baba Vanqanın proqnozu - Üçüncü Dünya müharibəsi olacaq?

Baba Vanqanın proqnozu - Üçüncü Dünya müharibəsi olacaq?
Kateqoriya məlum deyil
T

XX əsrin ən çox müzakirə olunan kahinlərindən biri hesab edilən Baba Vanqanın 2026-cı illə bağlı iddia edilən proqnozları yenidən gündəmə gəlib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Vanqa illər əvvəl 2026-cı ildə “Şərq və Qərb arasında qarşıdurma” kimi xarakterizə olunan böyük bir müharibənin baş verə biləcəyini deyib.

 

Son günlər ABŞ, İran və İsrail arasında artan gərginlik fonunda bu iddialar yenidən müzakirə mövzusuna çevrilib. Yaxın Şərqdə hərbi aktivliyin artması və qarşılıqlı sərt bəyanatlar beynəlxalq ictimaiyyətdə mümkün qlobal münaqişə ehtimalı ilə bağlı narahatlıqları artırıb.


Bəzi ekspertlər sosial şəbəkələrdə yayılan bu cür proqnozların tarixi faktlara deyil, daha çox şərhlərə və şifahi rəvayətlərə əsaslandığını vurğulayırlar. Buna baxmayaraq, regionda davam edən siyasi-hərbi proseslər fonunda “Üçüncü Dünya müharibəsi olacaqmı?” sualı yenidən aktuallaşıb.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ