Əfqanıstan Pakistana zərbə endirdi: Yüzlərlə ölən və yaralanan var

Əfqanıstan Pakistana zərbə endirdi: Yüzlərlə ölən və yaralanan var
Kateqoriya məlum deyil
T

Əfqanıstan və Pakistan arasında müharibə 26 fevralda yenidən başlayıb.


Sfera.az bildirir ki, “Ariajəna News”un verdiyi məlumata görə, Əfqanıstan ordusu Pakistanın nüvə təsisatına hücum edib. Hücumun Pakistanın nüvə proqramı ilə əlaqəli Kakul hərbi bazasına edildiyi güman edilir.

 

KİV iddia edir ki, hücum nəticəsində yüzlərlə insan ölüb və yaralanıb. Hadisə yerindən çəkilmiş videoda, ehtimal ki, Pakistanda yerləşən, çoxsaylı təcili yardım maşınları və izdihamla əhatə olunmuş bir bina görünür. Hadisə ilə bağlı hələ ki təsdiq yoxdur.

 

27 fevral saat 11:00 radələrində sosial mediada mümkün hücum barədə məlumat yayılıb. Məlumatda Kakul hava bazasından bəhs olunur, aparıcı isə qısa şəkildə Pakistan əsgərlərinin Əfqanıstanın hava hücumu nəticəsində öldüyünü" bildirir. Xəstəxanaların çox sayda yaralı ilə dolu olduğu və vəziyyətinin ağır olduğu bildirilir. 

 

İslamabaddan digər görüntülər sosial mediada yayılıb. Küçənin ortasında bir-birinin ardınca park edilmiş təxminən on iki təcili yardım maşınını göstərən video paylaşıb. Sirenlər və hüquq-mühafizə orqanlarının əmrləri eşidilir. Yüngül tüstü olsa da, alov görünmür.

 

"İslamabaddakı nüvə enerjisi mərkəzinə edilən hücumdan sonra obyektin ətrafı və bitişik yollar mühasirəyə alınıb. Çoxsaylı təcili yardım maşınları ölüləri və yaralıları daşımaqla məşğuldur"- deyə açıqlamada bildirilir.

 

Qeyd edək ki, Kakul İslamabadın cənub-şərqində yerləşən Pakistan hərbi bazasıdır (Pakistan Hərbi Akademiyası). Əsas məqsədi Pakistan ordusu üçün zabitlər yetişdirməkdir. Bu obyektdə nüvə proqramının fəaliyyət göstərdiyini göstərən heç bir məlumat yoxdur. Lakin, 70 km məsafədə əsas uran zənginləşdirmə mərkəzi olan Kahuta mərkəzi (Xan Tədqiqat Laboratoriyaları) yerləşir (yaxınlıqda 10 oxşar obyekt var).

 

“Liveuamap” monitorinq resursu artıq Kakul bazasına mümkün zərbənin nöqtəsini qeyd edib. Bundan əlavə, ərazidə Pakistan və Əfqanıstan orduları arasında atışmanl göstərən onlarla son işarə var.

 

Onu da qeyd etmək lazımdır ki, 26 fevralda media Əfqanıstan və Pakistan arasında gərginlik barədə məlumat vermişdi. Əvvəlcə əfqanların qonşu ölkənin sərhəd bölgələrini atəşə tutduğu barədə məlumatlar, daha sonra Kabilin bombalanmasının görüntüləri yayıldı: Pakistan qüvvələri strateji düşmən hədəflərinə bir sıra zərbələr endirib. Bundan sonra İslamabad Əfqanıstan İslam Əmirliyinin lideri Heybətullah Axundzadənin və bir neçə yüksək vəzifəli Taliban komandirinin öldürüldüyünü açıqlasa da, səhər saatlarında internetdə onları sağ görən iki mənbəyə istinadən təkziblər yayılıb.

 

Aynil

PAYLAŞ