Robot tozsoranlarda kamera görüntülərinə giriş mümkün olub

Robot tozsoranlarda kamera görüntülərinə giriş mümkün olub
Kateqoriya məlum deyil
T

Çin istehsalçısına məxsus robot tozsoranlarda ciddi təhlükəsizlik problemi aşkarlanıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, proqram təminatı mühəndisi Sammy Azdoufal yeni robot tozsoranını oyun konsolu nəzarətçisi vasitəsilə idarə etmək üçün tətbiq hazırlayarkən sistemdə icazə boşluğu aşkar edib. Mühəndis cihazın istehsalçının serverləri ilə əlaqə mexanizmini araşdırdığı zamanı 24 ölkədə yerləşən təxminən 7000 robot tozsorana təsadüfən uzaqdan giriş əldə edib.

 

Araşdırma nəticəsində məlum olub ki, bu boşluq vasitəsilə istifadəçilərin evlərindəki real vaxt kamera görüntülərinə və səs yazılarına, IP ünvanlarına, eləcə də mənzillərin ətraflı mərtəbə planlarına baxmaq mümkün olub. Məsələ ilə bağlı şirkətə məlumat verildikdən sonra istehsalçı təhlükəsizlik qüsurunun aradan qaldırıldığını açıqlayıb.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ