ABŞ bu istiqamətə 3 milyard xərclədi

ABŞ bu istiqamətə 3 milyard xərclədi
Kateqoriya məlum deyil
T

ABŞ-nin Karib dənizindəki hərbi mövcudluğunun genişləndirilməsinə xərclədiyi vəsait təxminən 3 milyard dollara çatıb.

 

Sfera.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir. Agentliyin məlumatına görə, Karib dənizində artan hərbi mövcudluğun dəyəri 2,9 milyard dollar təşkil edib. Ən böyük xərc maddələrindən biri də 2025-ci ilin noyabr ayından bəri Amerika administrasiyasına təxminən 740 milyon dollara başa gələn Gerald R. Ford təyyarədaşıyan gəmisinin və onu müşayiət edən zərbə qrupunun bölgədə yerləşdirilməsidir.

 

Noyabrın ortalarından yanvarın ortalarına qədər ABŞ donanmasının təxminən 20%-i regionda cəmləşmişdi. Belə bir qrupun saxlanmasının dəyəri gündə təxminən 20 milyon dollardır.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ