ABŞ-İran müzakirələrinin ikinci raundu keçiriləcək - Tarix açıqlandı

Vaşinqton ilə Tehran arasında davam edən nüvə danışıqlarının ikinci mərhələsinin vaxtı və məkanı məlum olub.
Sfera.az xəbər verir ki, ABŞ mediasında yayılan məlumata görə, ABŞ və İran nümayəndə heyətləri arasında dolayı formatda keçirilən müzakirələrin növbəti raundu 17 fevral tarixində Cenevrə şəhərində baş tutacaq.
Danışıqların ilk mərhələsi 6 fevralda Omanda keçirilmişdi.
Məlumata əsasən, ABŞ nümayəndə heyətinə prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edəcək, heyətdə həmçinin Cared Kuşner yer alacaq. İran tərəfinə isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edəcək.
Danışıqlarda vasitəçi qismində Oman xarici işlər naziri Bədr bin Həmed əl‑Busəidinin iştirakı nəzərdə tutulub.
Bəsti Rəfizadə
Sfera.az
