Bu iki ölkə Rusiyaya qarşı sanksiyalara etiraz etdi

Bu iki ölkə Rusiyaya qarşı sanksiyalara etiraz etdi
Kateqoriya məlum deyil
T

Yunanıstan və Malta Avropa İttifaqının Rusiya neftinin daşınmasına, o cümlədən sığorta və yük daşımalarına tam qadağa qoymaq planına etiraz ediblər.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, iki ölkə belə bir addımın Avropanın gəmiçilik sənayesinə mənfi təsir göstərə biləcəyindən və enerji qiymətlərinin yüksəlməsinə səbəb ola biləcəyindən narahatdır.

 

Yunanıstan və Malta həmçinin paketdəki digər təkliflərə, yəni Rusiya neftinin yükləndiyi xarici limanlara sanksiyalar və gəmilərin satışına nəzarət dair daha çox aydınlıq tələb ediblər.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ