İsrail bu ərazilərə ağır zərbələr endirdi: Əhməd Əli Salami öldürüldü

İsrail bu ərazilərə ağır zərbələr endirdi: Əhməd Əli Salami öldürüldü
Kateqoriya məlum deyil
T

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullahın artilleriya komandiri Əhməd Əli Salaminin öldürüldüyünü açıqlayıb.

 

Sfera.az xəbər verir ki, məlumatda qeyd olunur: "Bu gün İsrail Müdafiə Qüvvələri Yanuxa bölgəsinə zərbə endirərək Hizbullahın artilleriyasından məsul olan terrorçu Əhməd Əli Salamini öldürüb" .

 

Qeyd olunub ki, Salamin İsrail əsgərlərinə qarşı çoxsaylı hücumlarda iştirak edib.

 

İsrail Müdafiə Qüvvələrinin sözçüsü vurğulayıb ki, zərbədən əvvəl mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün tədbirlər görülüb, o cümlədən dəqiq idarə olunan sursat və hava nəzarətindən istifadə edilib. Lakin Livan Səhiyyə Nazirliyi zərbə nəticəsində üç yaşlı uşaq da daxil olmaqla üç mülki şəxsin ölümü barədə məlumat verib./teleqraf 

PAYLAŞ