Bəşər Əsədin məşuqələrindən ibarət hərəmxanası və öz "Epşteyni" olub

Bəşər Əsəd "seksə aludə" idi və hətta özünün "Ceffri Epşteyni" də olub. Bu, onu yüksək vəzifəli Suriya rəsmilərinin qadınları ilə birləşdirən tanınmış jurnalist xanım olub. Lakin sonda bu, onun ölümü ilə nəticələnib.
Sfera.az bildirir ki, media xəbərlərinə görə keçmiş diktaror Əsədin özünün jurnalist xanımın öldürülməsini əmr etdiyinə inanılır.
Dəməşq sarayının divarlarının arxasında Bəşər Əsədin obrazı dağılan rejimi xilas etməkdən daha çox cinsi intriqa və smartfon oyunları ilə məşğul olan, diqqətsiz, təkəbbürlü bir lider kimi ortaya çıxdı. O, atasının dövründən təcrübəli, nüfuzlu şəxsləri vəzifəsindən kənarlaşdıraraq, bu kadrları ona qarşı çıxmağa cəsarət etməyən gənc şagirdlərlə əvəz edib. “Daily Mail” qəzetinin məlumatına görə, Əsəd Suriyanı idarə etməkdənsə, sevgi münasibətləri ilə daha çox vaxt keçirib.
Luna əl-Şibl adlı jurnalist “BMW”sində ölü tapılıb.

Bəşər Əsədin sirdaşı və sevgilisi, eyni zamanda onun məsləhətçisi kimi çalışan “Əl-Cəzirə” jurnalisti Luna əl-Şibl olub.
Suriya diktatoruna yüksək rütbəli Suriya zabitlərinin xanımları da daxil olmaqla, məşuqələr təmin edən də Luna əl-Şibl olub.
Lakin 2024-cü ildə Luna müəmmalı şəraitdə ölüb. O, Dəməşq yaxınlığındakı bir magistral yolda “BMW”sində ölü tapılıb.
Dövlət mediası bunun yol qəzası olduğunu iddia etsə də, avtomobil zədələnməmiş, qadının kəlləsi əzilmişdi. İranın onun İsrailə hədəf məlumatı sızdırdığı iddiası ilə sui-qəsd əmri verdiyi barədə şayiələr yayıldı.
Lakin digər mənbələr daha qaranlıq bir hekayə danışırlar: onların sözlərinə görə, Əsəd özü keçmiş sevgilisinin qətlini əmr edib, çünki o, 24 illik taxtda hakimiyyəti zəiflədikdən sonra Rusiyaya kəşfiyyat ötürməyə və mərclərini qorumağa başlayıb.
Bəşər Əsəd çoxsaylı köməkçilərinin ifadə verdiyi kimi, təkcə qadınlara deyil, həm də video oyunlara aludə olub. Keçmiş Hizbullah döyüşçülərindən birinin sözlərinə görə, Əsəd hətta vacib görüşlər zamanı belə saatlarla "Candy Crush" oynayıb.
Üsyançılar 27 noyabr 2024-cü ildə Hələbə hücuma başlayanda Əsəd Rusiyada idi və oğlunun doktorluq dissertasiyasını müdafiə etməli idi. Hələbin müdafiəsi çökəndə Əsəd Moskvada qalıb və bu, vətənindəki komandirlərinin təəccübünə səbəb olub. Görünür, o, Putinin dəstəyinə ümid edib, lakin Kreml rusların onun üçün vuruşmayacağını açıq şəkildə bildirib. Nəticədə, Əsəd Dəməşqə gələnə qədər Hələb artıq süqut etmişdi.
Xarici işlər nazirləri ona hakimiyyətini sabitləşdirmək təklifləri ilə zəng etdikdə, Əsəd cavab verməkdən imtina edib, çünki deyilənə görə, onun güzəştə getməli və ya hakimiyyəti bölüşməli ola biləcəyi təklifindən incimişdi. Üsyançılar artıq Dəməşqdə olanda belə, Əsəd "qələbənin qaçılmaz olduğunu" bəyan edib. Lakin özü ən yaxın köməkçilərini tərk edərək gecənin qaranlığında Rusiya hərbi təyyarəsi ilə qaçıb.
İndi isə, daxildəkilərin sözlərinə görə, Bəşər Əsəd hakimiyyəti bərpa etməyə belə çalışmır. O, Moskvada dəbdəbəli bir mənzildə yaşayır, video oyunlar oynayır və böyük qardaşının ölümündən əvvəl Londondan Suriyaya qayıtmağa və atasının varis olmağa məcbur etdiyi üçün yarımçıq qoyduğu oftalmologiya ixtisasını təkmilləşdirir.
Onu da qeyd edək ki, Bəşər Əsəd qəsdən adam öldürmə, işgəncə vermə və vətəndaş müharibəsini qızışdırmaq ittihamları ilə həbs qərarı çıxaran yeni Suriya hökuməti tərəfindən axtarışdadır.
Aynil
Sfera.az
