Yaxın Şərq müharibə astanasındadır - Regiona silah yığımı artır

Yaxın Şərq müharibə astanasındadır - Regiona silah yığımı artır
Kateqoriya məlum deyil
T

İran və ABŞ arasında danışıqlarda tərəflərin güzəştə getməməsindən sonra regionda diplomatik və hərbi aktivlik artıb. ABŞ hərbi təyinatlı yüklərin Yaxın Şərqə daşınması intensivliyini artırıb. Hərbi bazalara hava hücumundan müdafiə vasitələri, müxtəlif təyinatlı raketlər daha çox daşınır. 


Mövcud vəziyyətin müharibənin qaçınılmaz olduğunu göstərdiyini düşünənlərin sayı artmaqdadır. 

 

Mövzu iləl bağlı Sfera.az-a açqlama verən politoloq Ülviyyə Zülfiqar bildirib ki, İran və ABŞ arasında danışıqlarda irəliləyişin olmaması fonunda regionda hərbi aktivliyin artması qlobal miqyasda narahatlıq doğurur. 

 

Onun sözlərinə görə, ABŞ-nin Yaxın Şərqə hava hücumundan müdafiə sistemləri və raketlər göndərməsi, həmçinin yüksək səviyyəli nümayəndələrin təyyarədaşıyan gəmidə görünməsi ilk baxışda güc nümayişi kimi qiymətləndirilir:

 

 

“Lakin beynəlxalq münasibətlər praktikasında bu cür addımlar çox zaman birbaşa müharibəyə hazırlıqdan daha çox qarşı tərəfə siyasi mesaj vermək məqsədi daşıyır. Rəsmi Vaşinqton üçün əsas prioritet bölgədə öz hərbi kontingentinin və müttəfiqlərinin təhlükəsizliyini təmin etməkdir. ABŞ hərbi mövcudluğunu artırmaqla əslində çəkindirmə strategiyasını tətbiq edir. Yəni hal-hazırda məqsəd müharibəyə başlamaq deyil, əksinə, mümkün eskalasiyanın qarşısını almaqdır. Bu, həm də İranın proksi qüvvələri vasitəsilə regionda atacağı addımlara qarşı preventiv siqnaldır. Digər tərəfdən, İran da daxili vəziyyətini nəzərə alaraq birbaşa genişmiqyaslı müharibədə maraqlı deyil. Rəsmi Tehran üçün iqtisadi sanksiyalar, daxili sosial vəziyyət kifayət qədər ciddi faktorlardır. Bu səbəbdən İran daha çox dolayı təsir alətlərindən istifadə etməyə üstünlük verir və açıq qarşıdurmadan yayınmağa çalışır”.

 

Ü.Zülfiqar qeyd edib ki, mövcud vəziyyət müharibə riskini artırsa da, onu qaçınılmaz etmir:

 

“Regionda artan hərbi aktivlik daha çox psixoloji və diplomatik təzyiq mexanizmi kimi çıxış edir. Əgər tərəflər arasında birbaşa toqquşma baş verməzsə və kommunikasiya kanalları tam bağlanmazsa, bu mərhələ yenidən danışıqlar masasına qayıdış mərhələsi kimi də qiymətləndirilə bilər. Bu isə göstərir ki, hazırkı dinamika müharibə ehtimalını artırır, lakin hələ ki, onu labüd etmir”.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ