Azərbaycan onları Türkiyəyə təhvil verdi

Azərbaycan onları Türkiyəyə təhvil verdi
Kateqoriya məlum deyil
T

Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıstan "qırmızı bülleten"lə axtarışda olan 16 nəfəri Türkiyəyə ekstradisiya edib.

 

Sfera.az xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X hesabında paylaşıb.

 

Bildirilib ki, ekstradisiya olunan şəxslər qəsdən adam öldürmə, sui-qəsdə cəhd, narkotik ticarəti, oğurluq və dələduzluq kimi cinayətlərdə ittiham olunurlar.

PAYLAŞ