Macarıstan Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsində iştirak etməyəcək

Macarıstan Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsində iştirak etməyəcək
Kateqoriya məlum deyil
T

Macarıstan Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsində iştirak etməyəcək. Bu mövqe ölkəni Rusiya ilə birbaşa hərbi münaqişəyə sürükləyə bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban qərbdəki Sombathely şəhərində planlaşdırılan müharibə əleyhinə mitinq ərəfəsində açıqlama verib.

 

“Müharibədən danışarkən açıq olmalıyıq. Bu gün təhlükə Macarıstan vəsaitlərinin Ukraynaya göndərilməsidir. Sabah isə gənc macarların müharibəyə göndərilməsi gündəmə gələ bilər. Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi Rusiya ilə birbaşa münaqişə deməkdir”, – deyə Orban sosial şəbəkədə yazıb. Baş nazir vurğulayıb ki, Macarıstan bu prosesdə iştirakdan imtina edir: “Macarıstan deyir: “Xeyr, biz bunda iştirak etmirik!””.

 

Qeyd edək ki, Orban bu mövqeyini Sombathelydə hakim Fidesz–Macarıstan Vətəndaş Birliyi partiyasının fəalları ilə keçiriləcək görüşdə bir daha təkrarlamağı planlaşdırır. Hökumət bu görüşləri “müharibə əleyhinə mitinqlər” adlandırır və onları 12 aprelə təyin olunmuş parlament seçkiləri ərəfəsində təşkil edir.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ