Fransalı sabiq nazirlə qızı "Epşteyn işi"nə görə istintaqa cəlb olundular

Fransanın Milli Maliyyə Prokurorluğu keçmiş mədəniyyət naziri Cek Lanq və onun qızı Kerolin Lanq barəsində amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqəli çirkli pulların yuyulması şübhəsi ilə istintaqa başlayıb.
Sfera.az xəbər verir ki, “Le Figaro” qəzetinin məlumat yayıb. İstintaq ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə açıqladığı sənədlərə əsaslanır. Həmin sənədlərdə Cek və Kerolin Lanqın Epşteynlə birlikdə Vircin adalarında qeydiyyatdan keçmiş “Prytanee” MMC şirkətinə sahib olduqları və Mərakeşdə 5,4 milyon avro dəyərində daşınmaz əmlak əməliyyatında iştirak etdikləri iddia olunur.
Məlumata görə, sözügedən şirkət incəsənət əsərlərinin alınması ilə məşğul olub və bu çərçivədə 1,4 milyon dollar məbləğində depozit alıb. Jurnalistlər həmçinin Epşteynin vəsiyyətnaməsində Kerolin Lanqa 5 milyon dollar ayırdığını iddia ediblər. Kerolin Lanq isə bu barədə heç bir məlumatının olmadığını bildirib. Bazar ertəsi günü Kerolin Lanq mediada Lanq ailəsinin Epşteynlə əlaqələndirilməsindən sonra Film Prodüserləri Birliyinin rəhbəri vəzifəsindən və bir neçə digər postdan istefa verib. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə Jak və Karolinin adlarına ümumilikdə 673 dəfə rast gəlinir.
Mediaya açıqlamasında Cek Lanq amerikalı maliyyəçinin cinayətlərindən xəbərsiz olduğunu bildirib və Epşteynlə kinorejissor Vudi Allen vasitəsilə tanış olduqlarını iddia edib. Bu məlumatların yayılmasından sonra Lanq rəhbərlik etdiyi Ərəb Dünyası İnstitutunun əsas maliyyə dəstəkçisi olan Fransa Xarici İşlər Nazirliyinə izahat vermək üçün çağırılıb.
Niyaz Hacıyev
Sfera.az
