Tramp:“Rusiya və Ukrayna ilə çox yaxşı danışıqlar apardıq”

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli istiqamətində aparılan danışıqlara dair açıqlama verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tramp “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı Rusiya və Ukrayna ilə təmasların müsbət məcrada davam etdiyini bildirib.
Onun sözlərinə görə, tərəflərlə aparılan danışıqlar kifayət qədər uğurludur. “Rusiya və Ukrayna ilə çox yaxşı danışıqlar apardıq”,-deyə ABŞ prezidenti qeyd edib. Donald Tramp əlavə təfərrüat açıqlamasa da, prosesin müəyyən nəticələr verə biləcəyini istisna etməyib.
Fidan Hacızadə
Sfera.az
