Meymun rus qadına hücum edib dişlədi – VİDEO

Meymun rus qadına hücum edib dişlədi – VİDEO
Kateqoriya məlum deyil
T

 

Vyetnamda meymun rus qadına hücum edib.

 

Sfera.az “SHOT” teleqram kanalına istinadən xəbər verir ki, Kazan şəhərindən olan Angelina adlı turist rəfiqəsi ilə Nyaçanq yaxınlığındakı Meymun adasına tətilə gedib.

 

Qadın orada meymunları əli ilə yedizdirərkən onlardan biri qəfil hücum edib və əlini dişləyib.
 

Ərazi üzrə işçilərdən biri rus qadını xilas etməyə çalışıb və onu xəstəxanaya göndərib. Angelinaya xəstəxanada quduzluq peyvəndi vurulub və yarasına tikiş qoyulub. O, müalicəsini evdə davam etdirəcək.

PAYLAŞ