Bakıda binanın bloku ÇÖKDÜ - sakinlər evdən çıxa bilmir - FOTO

Kateqoriya məlum deyil
T
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb.
Sfera.az xəbər verir ki, bu barədə Oxu.az-a sakinlər müraciət ediblər.
Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər. Bunun üçün liftlə yuxarı qalxıb, yenidən aşağı düşməlidirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.




