122 sərnişini olan Özbəkistan təyyarəsi qəza enişi etdi

122 sərnişini olan Özbəkistan təyyarəsi qəza enişi etdi
Kateqoriya məlum deyil
T

Özbəkistan təyyarəsi qəza enişi edib.

 

Sfera.az xəbər verir ki, "Uzbekistan Airways" şirkətinə məxsus təyyarə Krasnoyarskda (Rusiya) qəza enişi edib.

 

Bu barədə Rusiya KİV-ləri hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Təyyarədə 122 sərnişin və heyət üzvü olub. Xəsarət alanlar barədə məlumat verilməyib.

 

"Daşkənd-Vladivostok reysini yerinə yetirən "Boeing" təyyarəsi Krasnoyarskda texniki səbəblərdən qəza enişi edib, eniş normal keçib", - mətbuat xidməti bildirib. Milli.az

PAYLAŞ