Moskvaya uçan təyyarə QƏZA SİQNALI VERDİ- Eniş edə bilmir (VİDEO)

Moskvaya uçan təyyarə QƏZA SİQNALI VERDİ- Eniş edə bilmir (VİDEO)
Kateqoriya məlum deyil
T

Dubaydan Moskvaya uçan “Utair” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəza siqnalı göndərib. İndi hava limanı ətrafında fırlanır, görünür, təcili enişdən əvvəl yanacaq boşaldır.


Sfera.az bildirir ki, “FlightRadar24” məlumatlarına görə, “Boeing 767-224” təxminən iki saat yarım əvvəl Əl-Maktum hava limanından yola düşüb və sonra şəhər ətrafında fırlanmağa başlayıb.

 

Təyyarə yerli vaxtla saat 21:15-də Moskvanın “Vnukovo” hava limanına eniş etməli olsa da, uçuş zamanı təyyarədə təcili vəziyyət olduğunu göstərən "7700" siqnalı gəlib. İlkin məlumatlara görə, təcili vəziyyət uçuşdan dərhal sonra baş verib. Təyyarə hazırda yanacaq boşaldır və artıq şəhər ətrafında 10 dəfədən çox dövrə vurub.

 

Pilotlar adətən təcili enişdən əvvəl bunu edirlər.

 

Qeyd edək ki, daha əvvəl Rusiyada yerli bir oliqarx öz helikopterində qəzaya uğramışdı. O, xizək liftinin kabellərinə ilişərək yerə çırpılmışdı.

 

9 dekabrda isə Rusiyanın İvanovo vilayətində “An-22” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayaraq səkkiz nəfərin ölümünə səbəb olmuşdu (ilkin qəza zamanı yeddi nəfər).

 

Aynil

 

PAYLAŞ