"Ədəb-ərkan haqqqında istədiyiniz qədər danışın" -Ağ Ev rəsmisi

"Ədəb-ərkan haqqqında istədiyiniz qədər danışın" -Ağ Ev rəsmisi
Kateqoriya məlum deyil
T

Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bildirib ki, real dünyanın qanunları onun güc və qüdrət üzərində qurulduğunu göstərir.

 

Sfera.az xəbər verir ki, Miller bu sözləri “CNN”-ə müsahibəsində bildirib.

 

“Beynəlxalq ədəb-ərkan və digər prinsiplər haqqında istədiyiniz qədər danışa bilərsiniz. Lakin biz güc və qüdrətlə idarə olunan, real bir dünyada yaşayırıq. Bunlar dünyanın dəmir qanunlarıdır”, – deyə Miller vurğulayıb. O bu fikirləri Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezin hazırda Venesuela Respublikasının faktiki rəhbəri olub-olmaması ilə bağlı suala cavab verərkən səsləndirib.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ