Avropada Yeni il faciəsi: ölənlər var

Almaniyada Yeni il bayramı zamanı fişənglərin təhlükəli istifadəsi ağır nəticələrə səbəb olub.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə baş verən insidentlər nəticəsində ən azı iki nəfər həlak olub, yüzlərlə insan isə qısa müddətlik saxlanılıb
Məlumata əsasən, əsas hadisələr Berlin və digər iri şəhərlərdə qeydə alınıb. Fişəng və pirotexniki vasitələrin nəzarətsiz istifadəsi partlayışlara, yanğınlara və xəsarətlərlə nəticələnən hallara yol açıb. Nəticədə fövqəladə xidmətlər Yeni il gecəsi boyunca minlərlə çağırışa cavab vermək məcburiyyətində qalıb.
Polisin açıqlamasında bildirilir ki, asayişin qorunması məqsədilə təxminən 400 nəfər müvəqqəti olaraq saxlanılıb. Saxlanılan şəxslərin əksəriyyəti ictimai asayişi pozmaqda, fişəngləri təhlükəli şəkildə istifadə etməkdə və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda şübhəli bilinir
Fidan Hacızadə
Sfera.az
