İsveçrədə Yeni il faciəsi: 40 ölü, 100 yaralı var

Kateqoriya məlum deyil
T
İsveçrənin cənub‑qərb regionundakı məşhur “Crans‑Montana” kurortunda yanğın baş verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı təxminən 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Partlayış “Le Constellation” barında baş verib. O zaman binada çoxlu sayda insan olub və yanğın qısa müddət ərzində məkanı əhatə edib.
Polis və xilasedici briqadalar hadisə yerinə cəlb olunub, yaralılar xəstəxanalara çatdırılır. Ailələr üçün yardım mərkəzləri yaradılıb.
Fidan Hacızadə
Sfera.az
