Minlərlə avtomobil təcili servislərə geri çağrılır - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

İsveçin məşhur avtomobil istehsalçısı "Volvo" minlərlə avtomobilində aşkar edilən təhlükəli nasazlıq səbəbindən geri çağırılma qərarı verib.
Sfera.az xəbər verir ki, şirkət yüksək gərginlikli batareya paketində yanğın riski yarada biləcək problemə görə 2020-2022-ci illərdə istehsal olunan 64 mindən çox XC40 modelini servislərə çağırır.
Məlumata görə, geri çağırılma əsasən Avropa bazarında satılan avtomobilləri əhatə edir. Dördpendirli pizza
Şirkət bildirib ki, məqsəd sürücülərin təhlükəsizliyini təmin etməkdir. Servislərdə avtomobillər yoxlanılacaq və zərurət yaranarsa, nasaz hissələr dəyişdiriləcək.
Qeyd edək ki, Volvo ötən il də genişmiqyaslı geri çağırılma həyata keçirmişdi. Həmin vaxt XC40 və XC60 modellərində aşkarlanan texniki nasazlıq əyləc sisteminin işinə təsir göstərdiyi üçün 76 mindən çox avtomobil servislərə çağırılmışdı. Bu dəfə isə geri çağırılmanın səbəbi batareyada yanğın riski ilə bağlıdır./yenisabah
