172 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

172 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
Kateqoriya məlum deyil
T

172 nömrəli müntəzəm marşrutun hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.

Sfera.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, dəyişiklik paytaxtın Bilgəh qəsəbəsində, Respublika küçəsində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

Bildirilib ki, ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyət səbəbindən 14-16 iyul tarixlərində 172 nömrəli marşrutun hərəkəti alternativ istiqamət üzrə təşkil olunacaq.

Belə ki, avtobuslar Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) - Bilgəh-Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti ilə hərəkət edəcək.

PAYLAŞ