Azərbaycan Çindən dondurma tədarükünü bərpa edib

Kateqoriya məlum deyil
T
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində 205 ton dondurma idxal edilib.
Sfera.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1 %, kəmiyyət olaraq – 4,7 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 504 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 21 % az) 61,6 ton (-31 %), Rusiyadan 402 min ABŞ dolları dəyərində (+9 %) 63 ton (+5 %), Belarusdan 187 min ABŞ dolları dəyərində (-9 %) 40,5 ton (-20 %), Çindən 81,5 min ABŞ dolları dəyərində 6,24 ton, İrandan 60,9 min ABŞ dolları dəyərində 8,7 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 9 il 3 aylıq fasilənin ardından Çindən tədarükü bərpa edib. \\report
