Azərbaycan Ermənistana 434 min avro ödəyib v

Kateqoriya məlum deyil
T
2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistan hava məkanından uçuşlar üçün "Armaeronaviqasiya" şirkətinə 434.316 avro ödəyib.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, ödənişlər müəyyən edilmiş prosedura uyğun olaraq "Avrokontrol"un (Aviasiya Təhlükəsizliyi üzrə Avropa Təşkilatı - red.) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.
